Tramp administrasiyası “Melania” sənədli filminin premyerasında iştirak etdi

"Amazon MGM Studios" tərəfindən maliyyələşdirilən “Melania” sənədli filminin Vaşinqtondakı premyerasında ABŞ Prezidenti Donald Trampın kabinet üzvləri iştirak edib. Filmə ayrılan 75 milyon dollarlıq büdcə və siyasi müzakirələr diqqət çəkir.

56

ABŞ-da Minneapolisdə gərginliyin davam etdiyi və İrana mümkün hərbi zərbənin müzakirə olunduğu bir vaxtda, Donald Tramp administrasiyasının yüksək vəzifəli üzvləri diqqəti bir axşamlıq siyasətdən yayındıraraq, birinci xanım Melania Tramp haqqında çəkilmiş yüksəkbüdcəli sənədli filmin premyerasında iştirak ediblər.

Melania” adlı sənədli film Amazon MGM Studios” tərəfindən ümumilikdə 75 milyon dollar büdcə ilə maliyyələşdirilib. Studiyanın film və ona bağlı sənədli serialın yayım hüquqları üçün 40 milyon dollar, tanıtım və paylama işləri üçün isə əlavə 35 milyon dollar xərclədiyi bildirilib. Film bu ilin sonuna doğru “Amazon Prime Video” platformasında yayımlanacaq.

“Amazon”-un rəhbəri Ceff Bezosun bu il Trampın andiçmə fonduna maliyyə töhfəsi verməsi, layihənin siyasi məqsəd daşıması ilə bağlı sualları gündəmə gətirsə də, həm “Amazon”, həm də filmin rejissoru Brett Ratner bu iddiaları qətiyyətlə rədd ediblər. Ratner bildirib ki, film siyasi yaxınlıq yaratmaq üçün çəkilməyib və Tramp ailəsinin maliyyə baxımından buna ehtiyacı yoxdur.

Prezident Tramp da tədbirdə jurnalistlərin suallarını cavablandıraraq, razılaşmanın onunla deyil, birbaşa həyat yoldaşı ilə bağlı olduğunu deyib və yayılan iddiaları “saxta xəbər” adlandırıb. “Amazon” sözçüsü isə filmin yalnız bir səbəblə alındığını vurğulayıb: “Biz inanırıq ki, tamaşaçılar bu filmi sevəcək.”

Sənədli film Truampın 2025-ci ildəki ikinci andiçmə mərasiminə aparan 20 günü və ailənin yenidən Ağ Evə qayıdışını əhatə edir. Film birinci xanımın nadir hallarda görünən şəxsi həyatına və prezidentə müşavir kimi roluna işıq tutur. Kadrlardan birində Melania Trampın həyat yoldaşına çıxışında “barışdırıcı və birləşdirici lider” vurğusunu etməyi tövsiyə etdiyi görünür.

Premyera Vaşinqtondakı “Kennedy Center”də keçirilib və tədbirdə səhiyyə naziri Robert F. Kennedi Jr., ticarət naziri Howvard Latnik və müdafiə naziri Pet Heqset də daxil olmaqla Tramp kabinetinin aparıcı simaları iştirak ediblər. Qonaqlar klassik qırmızı xalça əvəzinə, qara xalça üzərindən keçiblər. Bir rəsmi mənbə kabinet üzvlərinin iştirakının “praktiki olaraq məcburi” kimi qiymətləndirildiyini bildirib.

Film ABŞ və Kanadada təxminən 1700 kinoteatrda nümayişə çıxır. Analitiklər açılış həftəsonu gəlirinin 5 milyon dollara çata biləcəyini proqnozlaşdırırlar, lakin ekspertlər Donald Trampın siyasi təsirinin Melania Trampa nə qədər kommersiya üstünlüyü verəcəyinin hələ sual altında olduğunu qeyd edirlər.