Yamal LeBron istinadlı avatarla “Atletiko”ya mesaj verdi

Lamin Yamal “Atletiko” ilə cavab oyunu öncəsi profil şəklini LeBron Ceymsin 2016 NBA çempionluğu fotosuna dəyişib. Bu addım “Barselona”nın mümkün remontada inamı kimi şərh olunur. 

13

“Barselona”nın gənc ulduzu Lamin Yamal Çempionlar Liqasında “Atletiko”ya qarşı cavab matçı öncəsi sosial şəbəkədə diqqətçəkən mesaj verib.

“Goal”-un yazdığına görə, ispaniyalı futbolçu profil şəklini LeBron Ceymsin 2016-cı ildə “Cleveland Cavaliers”lə qazandığı NBA çempionluğundan simvolik fotoya dəyişib. Bu addım İspaniya mediasında mümkün “remontada”, yəni geridönüş mesajı kimi şərh olunub.

Bu istinadın səbəbi də aydındır: həmin NBA finalında “Cleveland” seriyada 1:3 geridə olsa da, “Golden State” üzərində tarixi kambek edərək çempion olmuşdu.

Yamalın seçdiyi şəkil də məhz, bu geridönüş hekayəsinə bağlanır və “Barselona”nın “Atletiko” qarşısında oxşar ssenariyə inandığını göstərən simvolik jest kimi təqdim olunur. “Goal” bu mənanı açıq şəkildə 2016-cı ilin final geridönüşünə istinad kimi izah edir.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda evdə 10 nəfərlə qaldıqdan sonra “Atletiko Madrid”ə 0:2 uduzub. Bu nəticə katalon klubunu cavab matçı öncəsi çətin vəziyyətə salsa da, komanda daxilində geridönüşə inam yüksəkdir.

Yamal özü də ilk oyundan sonra azarkeşlərə “bu hələ bitməyib” məzmunlu mesaj göndərmişdi. “Barca Blaugranes”-in məlumatına görə, o, sosial şəbəkədə “This isn’t over, culers. We’ll give everything in the second leg” sözləri ilə həm tribunaya, həm də komandaya motivasiya ötürmüşdü. Yeni avatar dəyişikliyi də həmin xəttin davamı kimi görünür.

Cavab oyunu 14 aprel tarixində Madridin Metropolitano stadionunda keçiriləcək.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930