“New York Post” nəşrinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampa Xameneinin homoseksual olması barədə məruzə edilib.
Mənbələrə görə, bu iddialar mərhum atasının onun liderliyinə şübhə ilə yanaşmasının səbəblərindən biri hesab olunur.
Ağ Evdəki mənbələrin sözlərinə görə, ötən həftə Trampa bu kəşfiyyat məlumatları təqdim olunarkən o, gülüşünü saxlaya bilməyib. Otaqda “qısqıvraq gülüş” ab-havasının hökm sürdüyü, yüksək rütbəli kəşfiyyat zabitlərindən birinin isə artıq neçə gündür ki, “bu məsələyə gülməkdən dayana bilmədiyi” bildirilir.
Mənbələr iddia edir ki, 56 yaşlı Müctəbanın uşaqlıq repetitoru və ya Xamenei ailəsinin keçmiş əməkdaşı ilə çoxillik əlaqəsi olub. Onların məlumatına görə, atasının ölümü ilə nəticələnən 28 fevral zərbəsindən sonra yaralanan Müctəba, ehtimal ki, güclü dərmanların təsiri altında tibbi heyətdəki kişilərə qarşı “təcavüzkar” cinsi meyllər nümayiş etdirib.
Müctəbanın keçmiş həyatına dair digər sənədlər də bu iddiaları gücləndirir. 2008-ci ildə ABŞ diplomatik kablosunda onun impotensiya səbəbi ilə Böyük Britaniyada müalicə aldığı qeyd olunub.
Nəşr yazır ki, mərhum Əli Xameneinin oğlunun bu meyllərindən xəbərdar olduğu və məhz bu amil səbəbindən onu öz varisi təyin edib-etməmək barədə uzun müddət tərəddüd etdiyi iddia olunur.