Türkiyə və Ermənistan Ani körpüsünü birgə bərpa edəcək

Türkiyə və Ermənistan ortaq sərhəddə yerləşən tarixi Ani körpüsünün birgə bərpası üçün protokol imzalayıb. Sənəd İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində açıqlanıb.

10

Türkiyə və Ermənistan ortaq sərhəddə yerləşən tarixi Ani körpüsünün birgə bərpası üçün protokol imzalayıb.

“Armenpress”-in məlumatına görə, sənəd mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammiti çərçivəsində imzalanıb. Protokol Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın görüşündən sonra açıqlanıb.

“Anadolu Agentliyi” yazır ki, tərəflər qədim Ani körpüsünün bərpasına dair anlaşma memorandumunu münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirirlər. Cevdet Yılmaz bildirib ki, Türkiyə və Ermənistan arasında normallaşma prosesi Cənubi Qafqazda sülh və sabitlik üçün nümunə ola bilər.

Ani körpüsü Arpaçay üzərində, Türkiyə-Ermənistan sərhədində yerləşir və tarixi İpək Yolunun mühüm keçidlərindən biri hesab olunur. Körpü qədim Ani şəhəri yaxınlığında yerləşir. UNESCO-nun məlumatına görə, Ani orta əsrlərdə İpək Yolu üzərində mühüm mədəni və ticarət mərkəzlərindən biri olub və 2016-cı ildə Dünya İrs Siyahısına daxil edilib.

Bu gün körpüdən əsasən xarabalıqlar qalıb. “Daily Sabah”ın məlumatına görə, Arpaçay üzərindəki bu tarixi keçidin XI-XII əsrlərdə Böyük Səlcuqlar dövründə inşa edildiyi ehtimal olunur. Körpünün aşağı hissəsi karvanların, yuxarı hissəsi isə piyadalar və hərbi keçidlər üçün nəzərdə tutulmuşdu.

Ani körpüsünün bərpası yalnız mədəni irsin qorunması baxımından deyil, həm də Türkiyə-Ermənistan normallaşması üçün simvolik əhəmiyyət daşıyır. Tərəflər arasında diplomatik münasibətlərin hələ tam bərpa olunmadığı və sərhədin uzun illərdir bağlı qaldığı bir şəraitdə tarixi körpü üzərində birgə iş iki ölkə arasında praktiki əməkdaşlıq nümunəsi kimi qiymətləndirilir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.