Türkiyə mundialla vidalaşdı

DÇ-2026-nın "D" qrupunda Paraqvay Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Matias Qalarzanın 64-cü saniyədə vurduğu qol Türkiyəni turnirdən kənarlaşdırıb.

11

Paraqvay millisi mundialın”D” qrupunda Türkiyə üzərində dramatik qələbə qazanıb.

MSNews.az xəbər verir ki, Paraqvay Türkiyəni 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini oyunun ilk dəqiqəsində vurulan qol həll edib.

Matias Qalarza 64-cü saniyədə uzaq məsafədən qüvvətli zərbə ilə fərqlənərək Paraqvayı önə keçirib. Bu qol DÇ-2026-da həmin ana qədər ən sürətli qol kimi qeydə alınıb.

Paraqvay birinci hissənin sonlarında ciddi itki ilə üzləşib. Migel Almiron Türkiyə müdafiəçisi Mert Müldürlə epizoddan sonra birbaşa qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub.

Buna baxmayaraq, Paraqvay ikinci hissədə üstünlüyünü qorumağı bacarıb. Türkiyə rəqib qapısı qarşısında çoxsaylı imkanlar yaratsa da, hesabı dəyişə bilməyib.

Türkiyə iki oyunda ümumilikdə 62 zərbə endirsə də, qol vura bilməyib. Bu göstərici 1966-cı ildən bəri Dünya Kuboklarında komandanın iki oyunda qol vurmadan ən çox zərbə endirməsi üzrə rekord kimi qeyd olunur.

Bu məğlubiyyət Türkiyənin DÇ-2026-dakı çıxışını erkən başa vurub. Komanda ilk turda Avstraliyaya 0:2 hesabı ilə uduzmuşdu və Paraqvayla oyundan sonra pley-off şanslarını itirib.

Paraqvay isə ABŞ-a 1:4 hesablı məğlubiyyətdən sonra vacib qələbə qazanaraq qrupdan çıxmaq ümidlərini qoruyub.