Trampa bənzəyən ispaniyalı qadın yenidən viral oldu

Sosial şəbəkələrdə yayılan “Trampa bənzəyən ispaniyalı qadın” görüntüləri yeni deyil. Foto 2018-ci ildə qalisiyalı fermer Dolores Leis Antelo ilə bağlı viral olmuş köhnə kadrdır. 

56

Sosial şəbəkələrdə “İspaniyada tarlada işləyən, Donald Trampa bənzəyən qadın” kimi yayılan görüntülər əslində yeni deyil. Söhbət 2018-ci ildə viral olmuş ispaniyalı fermer qadın Dolores Leis Antelodan gedir. Onun fotosu əvvəlcə Qalisiyanın yerli nəşri La Voz de Galicia” tərəfindən yayımlanmış, daha sonra beynəlxalq mediada geniş yayılmışdı.

Dolores Leis Antelo İspaniyanın şimal-qərbində, Qalisiya bölgəsində yaşayan fermerdir. Onun viral olan fotosunda tarlada işləyərkən çəkilmiş görüntüsü sosial mediada Trampın saç düzümü, üz ifadəsi və ümumi görünüşü ilə müqayisə edilmişdi. Time”El País” həmin dövrdə bu bənzərliyin qlobal internet fenomeninə çevrildiyini yazmışdı.

Başqa sözlə, indi yenidən paylaşılmış kadrlar “yeni çəkilmiş təsadüfi görüntülər” kimi təqdim olunsa da, açıq mənbələr bunun köhnə, 2018-ci ildən qalan viral hekayə olduğunu göstərir.