Tramp Zelenskini məşhur sirk sahibinə bənzətdi

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini məşhur amerikalı şoumen P.T. Barnumla müqayisə edib. O, Bayden administrasiyasının Ukraynaya hərbi yardım siyasətini tənqid edib.

30

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini XIX əsrdə yaşamış məşhur amerikalı şoumen və sirk sahibkarı Fineas Teylor Barnumla (P. T. Barnum) müqayisə edib.

MSNews.az xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb. O, əvvəlki prezident Co Baydenin Ukraynaya böyük həcmdə hərbi yardım göstərməsini tənqid edərək Zelenskiyə istehzalı şəkildə Barnumun adını verib.

“Onlar ona çoxlu silah verdilər. Mən onu P. T. Barnum adlandırıram. P.T.Barnuma, yəni Zelenskiyə külli miqdarda “Patriot”, “Tomahawk” və başqa silahlar verdilər. Üstəlik, bunun üçün ondan pul da almadılar”, – deyə Tramp bildirib.

Trampın Zelenskini Barnumla müqayisə etməsi təsadüfi deyil. XIX əsrdə yaşamış amerikalı sahibkar P.T. Barnum genişmiqyaslı tamaşaları, diqqətçəkən reklam üsulları və mübaliğəli təqdimatları ilə məşhurlaşıb. Onun adı ABŞ mədəniyyətində insanları inandırmaq və ictimai diqqəti cəlb etmək bacarığı ilə əlaqələndirilir.

ABŞ Prezidenti müsahibəsində Bayden administrasiyasının Ukraynaya yüz milyardlarla dollar dəyərində yardım göstərdiyini iddia edib. Trampın sözlərinə görə, Vaşinqton əvvəlki dövrdə Kiyevə verdiyi silahların əvəzində ödəniş tələb etməli idi.

O, hazırkı administrasiyanın fərqli siyasət yürütdüyünü, Avropa ölkələrinin ABŞ istehsalı silahların alınması üçün ödəniş etdiyini bildirib. Tramp həmçinin Amerika ordusunun ehtiyatlarının artırılmasına üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, Trampın açıqlamasında Ukraynaya “Tomahawk” raketlərinin verildiyini iddia etməsi müstəqil şəkildə təsdiqlənməyib. ABŞ Prezidenti daha əvvəl bu raketlərin Ukraynaya tədarükü ilə bağlı müzakirələr aparıldığını bildirsə də, onların faktiki çatdırılmasına dair təsdiqlənmiş məlumat yoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.