Trampdan Venesuela ilə bağlı “51-ci ştat” mesajı

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın 51-ci ştatı ola biləcəyinə eyham vuran paylaşım edib. Açıqlama beynəlxalq gündəmdə geniş rezonans doğurub.

32

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın “51-ci ştatı” ola biləcəyinə eyham vuran paylaşımı ilə diqqət çəkib.

Ağ Ev rəhbəri sosial media hesabında Venesuela yığmasının beysbol yarımfinalında İtaliyanı 4:2 hesabı ilə məğlub etdiyini xatırladaraq bildirib: “Venesuelada son vaxtlar yaxşı şeylər baş verir. Bu sehrin nədən qaynaqlandığını maraq edirəm. 51-ci ştat olmaq istəyən varmı?”

Bu açıqlama beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Məlumata görə, Trampın bu fikirləri daha çox ironik və ya siyasi mesaj xarakterli hesab edilir.

Xatırladaq ki, bu, Trampın oxşar məzmunlu ilk açıqlaması deyil. O, daha əvvəl də Kanadanın ABŞ-ın “51-ci ştatı” olması ideyasını səsləndirib, həmçinin Qrenlandiya və Venesuela ilə bağlı bənzər fikirləri dilə gətirib.

Digər tərəfdən, Venesuela tərəfi əvvəllər ABŞ-ı ölkəni “51-ci ştat”a çevirmək niyyətində olmaqda ittiham edib. Xüsusilə ölkənin müvəqqəti lideri Delsi Rodrigez 2025-ci ildə bu iddiaları açıq şəkildə səsləndirmişdi.

Qeyd edək ki, son aylarda ABŞ və Venesuela arasında gərginlik artıb. Vaşinqtonun ölkədə həyata keçirdiyi əməliyyatlar və siyasi proseslər regionda ciddi geosiyasi müzakirələr doğurub.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026