Tarixi uçuş: “Blue Origin” əlil arabasından istifadə edən ilk astronavtı kosmosa göndərdi

"Blue Origin" şirkəti "New Shepard" missiyası ilə əlil arabasından istifadə edən ilk astronavt Mixaela Benthausu Karman xəttindən yuxarı qaldıraraq kosmos tarixində yeni mərhələ açdı.

150

“Blue Origin” şirkəti “New Shepard” proqramı çərçivəsində həyata keçirilən 37-ci suborbital uçuşu uğurla başa çatdırıb.

20 dekabr 2025-ci ildə reallaşan missiya kosmos tarixində mühüm bir mərhələ kimi yadda qalıb. Uçuşun əsas əhəmiyyəti isə əlil arabasından istifadə edən ilk insanın rəsmi olaraq kosmosa — Karman xəttindən yuxarı qalxması ilə bağlıdır.

Missiyanın ekipajına Mixaela (Miçi) Benthaus, Coyi Hayd, Hans Königsman, Nil Milha, Adonis Purolis və Ceyson Stansell daxil olub. Mixaela Benthaus bu uçuşla kosmosun rəsmi sərhədi hesab edilən Karman xəttini keçən ilk əlil arabası istifadəçisi kimi tarixə düşüb.

Missiya ekipajı

“New Shepard” proqramının baş vitse-prezidenti Fil Coys uçuşla bağlı açıqlamasında bildirib:

“Miçinin uçuşu xüsusilə önəmlidir, çünki bu, kosmosun hamı üçün açıq olduğunu göstərir. Onun arzsunu gerçəkləşdirməsinə töhfə verməkdən qürur duyuruq.”

“Blue Origin” şirkəti “New Shepard” kapsulunu əlçatanlıq prinsiplərinə uyğun dizayn edib. Buraya start qülləsində avtonom lift, həmçinin eşitmə, hərəkət və görmə məhdudiyyəti olan, eləcə də hüquqi olaraq görmə qabiliyyətini itirmiş şəxslər üçün uyğunlaşdırılmış texniki həllər daxildir.

Mixaela Benthaus kimdir?

Mixaela Benthaus Avropa Kosmik Agentliyinin (ESA) mühəndisidir və karyerasını elmi əməkdaşlıq və planetlərarası tədqiqatlara həsr edib. 2018-ci ildə dağ velosipedi ilə qəza nəticəsində onurğa beyni zədələnməsi alıb.

Buna baxmayaraq, Benthaus 2022-ci ildə “Zero-G” tədqiqat uçuşunda iştirak edib və hazırda əlil arabasında idmanla, o cümlədən tennislə fəal şəkildə məşğul olur.

“Blue Origin” NS-37 missiyası üçün xüsusi nişan da təqdim edib. Nişandakı simvollar ekipaj üzvlərinin maraqlarını əks etdirir:

  • DNT spiralı – Nil Milhanın elmə bağlılığını

  • Begemot – Miçelin sevimli heyvanını

  • Tennis topu – onun idman ehtirasını

  • Baobab ağacı – Adonis Purolisin köklərini

  • Spiral qalaktika – Coyi Haydın astrofizik tədqiqatlarını

  • Qırıntılar (fraqmentlər) – kosmosa çıxışda mövcud baryerlərin dağıdılmasını simvolizə edir

“New Shepard” proqramı çərçivəsində bu günə qədər 92 nəfər kosmosa göndərilib. Bu uçuş təkcə iştirakçı sayına görə deyil, eyni zamanda məhdud fiziki imkanlı insanlar üçün kosmik səyahətin mümkünlüyünü sübut etməsi baxımından da tarixi əhəmiyyət daşıyır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.