SOCAR Qrupuna daxil olan “Eurasia Transport and Terminals Company” MMC-də yeni təyinat həyata keçirilib. Fuad İmanov 2026-cı ilin oktyabrından şirkətdə baş direktor müavini vəzifəsini icra etməyə başlayıb.
MSNews.az xəbər verir ki, Fuad İmanov 2023-cü ilin mayından ETTC-də maliyyə direktoru vəzifəsində çalışıb.
İmanov 2005–2010-cu illərdə Qafqaz Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. 2010–2011-ci illərdə isə Bristol Universitetində İqtisadiyyat, Maliyyə və Menecment üzrə magistr təhsili keçib.
“Eurasia Transport and Terminals Company” MMC neft və neft-kimya məhsullarının daşınması və aşırılması sahəsində fəaliyyət göstərir. Şirkət xüsusilə Orta Dəhliz üzrə logistika əməliyyatlarında ixtisaslaşıb.
ETTC həmçinin logistika proseslərinin koordinasiyası, əməliyyat və kommersiya fəaliyyətlərinin əlaqələndirilməsi, tranzit yük axınlarının optimallaşdırılması, eləcə də dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə neft məhsullarının daşınması xidmətlərini həyata keçirir.
Qeyd edək ki, şirkətin rəsmi saytında Fuad İmanov hələ də maliyyə direktoru kimi göstərilir. Buna görə yeni vəzifənin şirkətin korporativ saytında yenilənməsi bir qədər gecikə bilər.