Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın Baş naziri Corca Meloni SOCAR-ın Italiana Petroli yanacaqdoldurma şəbəkəsində benzin və dizel qiymətlərini məhdudlaşdırmaq qərarına görə Prezident İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

5

İtaliyanın Baş naziri Ciorcia Meloni SOCAR-ın ölkə üzrə “Italiana Petroli” (IP) şəbəkəsində yanacaq qiymətlərinə məhdudiyyət tətbiq etmək qərarını alqışlayıb və bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür edib.

MSNews.az xəbər verir ki, Meloni SOCAR-ın qərarını italyan ailələrinə dəstək baxımından “mühüm siqnal” adlandırıb. O bildirib ki, Eni-dən sonra IP-nin də ölkə üzrə yanacağın qiymətini məhdudlaşdırmaq qərarı bahalaşmanın qarşısının alınmasına real töhfə verməyin mümkün olduğunu göstərir.

“Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə əməkdaşlığımızı gücləndirən bu diqqətə, həmçinin SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm”, – Meloni bildirib.

SOCAR-ın qərarına əsasən, şirkətin nəzarətində olan “Italiana Petroli” şəbəkəsində satılan benzin və dizel yanacağının qiymətlərinə yuxarı hədd mərhələli şəkildə tətbiq ediləcək. Proses ilk olaraq IP brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən başlayacaq. Konkret qiymət həddi isə təchizat zəncirində fəaliyyət göstərən minlərlə operatorun davamlı fəaliyyətinin təmin edilməsi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

SOCAR açıqlamasında bu addımın İtaliya hökumətinin ailə və bizneslərin üzləşdiyi yüksək yanacaq qiymətlərinin təsirini azaltmaq çağırışına cavab olduğunu bildirib. Şirkət Italiana Petroli-ni 2026-cı il mayın 8-də “Api Holding”-dən satınalma prosesini yekunlaşdıraraq öz nəzarətinə keçirib.

Meloni isə hökumətinin mürəkkəb beynəlxalq vəziyyət fonunda ailələrin dəstəklənməsi və onların alıcılıq qabiliyyətinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Baş nazir SOCAR-ın addımının Azərbaycan və İtaliya arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verdiyini qeyd edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.