“Qaranlıqda duş alın” çağırışı: Sosial mediada yeni trend gündəmə gəldi

Türkiyədə sosial mediada yayılan “qaranlıqda duş alın” çağırışı melatonin ifrazını artırmaq və daha yaxşı yuxu üçün işıqsız duş trendi kimi təqdim olunub. Ekspertlər metodun faydalarını və təhlükəsizlik qaydalarını izah ediblər.

22

Türkiyədə son dövrlərdə sosial mediada yeni bir trend kimi “qaranlıqda duş alın” çağırışı yayımlanıb.

Sözcü” xəbər portalında verilən məlumata görə, bu çağırış “TikTok” kimi platformalarda insanların yuxu keyfiyyətini artırmaq üçün işıqları tamamilə söndürərək duş almağı təklif edən bir trend olaraq diqqət çəkib.

Mütəxəssislər bildiriblər ki, vücudun melatonin hormonunu daha çox ifraz etməsi üçün rahat bir mühit və bədən temperaturunun düşməsi vacibdir, bu səbəbdən isti duşdan sonra işıqların söndürülməsi yuxuya keçidi asanlaşdıran amil kimi göstərilir.

Mütəxəssislər həmçinin bu təcrübənin yalnız fiziki məsələ olmadığını, eyni zamanda meditativ bir təcrübə təqdim etdiyini də vurğulayıb. Lakin ehtiyatlı olunması barədə xəbərdarlıqlar da var; tam qaranlıqda duş alarkən təsadüfən yıxılma və ya digər xəsarət risklərini azaltmaq üçün yumşaq işıq, şam kimi alternativ mənbələrdən istifadə tövsiyə olunur. Məqalədə qeyd olunur ki, bu yeni trend melatonin ifrazını artırmaq və yuxu rejimini yaxşılaşdırmaq üçün qaranlıq və sakit vannanın əhəmiyyətinə diqqət çəkir və “qaranlıq duş” trendinin arxasında yatan elmi izahatlara yer verilir.