“Qarabağ” FK üçün Çempionlar Liqası macərası bitdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” Bakıda “Nyukasl Yunayted”ə 1:6 hesabı ilə məğlub olub. Günün digər oyunlarının nəticələri.

48

Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində növbəti qarşılaşmalar keçirilib. Azərbaycan futbol ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyan oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Pley-off mərhələsinin ilk matçında Qarabağ” İngiltərənin tanınmış klubu Nyukasl Yunaytedi qəbul edib. Qarşılaşma Ağdam təmsilçisi üçün uğursuz başlayıb. Matçın 3-cü dəqiqəsində Entoni Qordon qonaqları önə çıxarıb – 0:1.

Cəmi beş dəqiqə sonra Malik Tiau fərqi artırıb – 0:2. İlk hissədə üstünlüyünü davam etdirən İngiltərə klubu Entoni Qordonun 32-ci dəqiqədə (penalti), 33-cü və 45+1-ci dəqiqələrdə (penalti) vurduğu qollarla fasiləyə 5:0 hesablı üstünlüklə yollanıb.

İkinci hissədə daha fəal oyun nümayiş etdirən “Qarabağ” 54-cü dəqiqədə Elvin Cəfərquliyevin qolu ilə hesab arasındakı fərqi azaldıb. Lakin 72-ci dəqiqədə Ceykob Mörfinin qolu oyunda son nöqtəni qoyub – 1:6.

Beləliklə, pley-off mərhələsinin ilk oyununda ağır məğlubiyyətlə üzləşən Ağdam klubu cavab görüşünə formal xarakterli matç kimi çıxacaq.

Digər oyunların nəticələri

  • Bode-Qlimtİnter 3:1

  • BrüggeAtletiko Madrid 3:3

  • OlimpiakosBayer Leverkuzen 0:2

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026