Pompeo Çin Kommunist Partiyası və İsrail barədə sərt danışdı

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Ottavada keçirilən konfransda Çin Kommunist Partiyasının Şimali Amerikadakı təsiri və İsrailin Netanyahu dövründəki siyasəti ilə bağlı sərt açıqlamalar verib.

ABŞ-ın keçmiş dövlət katibi və Mərkəzi Kə.fiyyat İdarəsinin sabiq direktoru Mayk Pompeo Kanadanın paytaxtı Ottavada keçirilən “Canada Strong and Free Network” konfransında Çin Kommunist Partiyası və İsraillə bağlı sərt açıqlamalar verib. Təşkilatın rəsmi məlumatına görə, konfrans 6–9 may tarixlərində Ottavada keçirilib və Pompeo tədbirin əsas spikerləri arasında yer alıb. Onun çıxışının videosu Kanadanın CPAC platformasında da yayımlanıb. 

Pompeo çıxışında Çin Kommunist Partiyasının Şimali Amerikadakı təsiri barədə danışaraq Tayvandan daha çox ABŞ və Kanada şəhərləri üçün narahat olduğunu bildirib. Sosial mediada yayılan video fraqmentlərdə o, Denver, Los-Anceles, Finiks, Ottava və Torontonun adını çəkərək Çin Kommunist Partiyasının “qapıların içərisində” fəaliyyət göstərdiyini iddia edib.

Keçmiş dövlət katibi həmçinin zalda Çin Kommunist Partiyası ilə əlaqəli şəxslərin ola biləcəyini ehtimal etdiyini deyib. The Epoch Times” da yazır ki, Pompeo mayın 7-də həmin konfransda Çin rejimi ilə əlaqəli şəxslərin tədbirdə iştirak edə biləcəyini bildirib. Onun bu fikirləri konkret sübut kimi deyil, siyasi və təhlükəsizlik xarakterli xəbərdarlıq kimi təqdim olunub.

Pompeo ABŞ universitetləri ilə bağlı da sərt ittihamlar səsləndirib. O iddia edib ki, ABŞ-da Çin maliyyəsi ilə əlaqəsi olmayan universitet yoxdur və Çinli tələbələr təhsil haqqı ödəməklə yanaşı, laboratoriyalara çıxış əldə edərək Amerika texnologiyalarını mənimsəməyə çalışırlar. Bu fikirlər Pompeonun uzun illərdir Çin Kommunist Partiyasına qarşı sərt mövqeyinin davamı kimi qiymətləndirilir.

İsrail məsələsinə toxunan Pompeo bildirib ki, İsraildə seçilmək şansı olan istənilən baş nazir Benyamin Netanyahunun indiyədək atdığı addımlara çox yaxın siyasət yürüdərdi. Onun sözlərinə görə, məsələ təkcə Netanyahu ilə bağlı deyil. Pompeo İsrailin hazırkı təhlükəsizlik xəttinin ölkənin ümumi siyasi konsensusu ilə bağlı olduğunu vurğulayıb.

Pompeonun açıqlamaları həm Çin Kommunist Partiyasının Qərb ölkələrində təsiri, həm də İsrailin regional siyasəti ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.