Paşinyandan türklərlə bağlı açıqlama: “Hamısı mələk kimidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə türklərlə bağlı açıqlama verib. O, Antalyaya səfərindən danışaraq erməni cəmiyyətində yaradılan türk qorxusunu tənqid edib.

57

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı erməni cəmiyyətində uzun illər türklərə qarşı qorxu yaradıldığını bildirib. O, Türkiyəyə son səfərindən danışaraq türklərlə bağlı müsbət təəssüratlarını bölüşüb.

MSNews.az xəbər verir ki, Paşinyan noyabrın 11-də BMT-nin COP31 iqlim konfransı çərçivəsində Türkiyənin Antalya şəhərinə səfər etdiyini xatırladıb.

“Bizi daim ‘Türk, Türk, Türk’ deyərək qorxudublar. Ötən həftə COP31 üçün Antalyaya getdim. Hamısı mələk kimi insanlardır”, – deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, erməni cəmiyyətində türklərə qarşı formalaşdırılmış qorxu onun Türkiyədə gördüyü münasibətlə uyğun gəlmir.

Qeyd edək ki, Paşinyan Antalya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Ermənistan hökumətinin rəsmi məlumatına əsasən, noyabrın 11-də keçirilən görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, iqtisadi əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Etiketlər: