Özbəkistan millisi Dünya Kubokundakı tarixi debüt oyununda Kolumbiyaya məğlub olub.
MSNews.az xəbər verir ki, DÇ-2026-nın “K” qrupunda keçirilən matçda Kolumbiya Özbəkistanı 3:1 hesabı ilə məğlub edib.
Qarşılaşma Meksikanın paytaxtındakı “Asteka” stadionunda keçirilib. Kolumbiya 40-cı dəqiqədə Daniel Munyozun qolu ilə hesabı açıb. İkinci hissədə Özbəkistan daha fəal oynayıb və 60-cı dəqiqədə Abbosbek Fayzullayev komandasının Dünya Kuboku tarixində ilk qolunu vuraraq hesabı bərabərləşdirib.
Lakin bərabərlik uzun çəkməyib. Luis Díaz 65-ci dəqiqədə Kolumbiyanı yenidən önə keçirib. Matçın əlavə olunmuş vaxtında isə Xaminton Kampaz baş zərbəsi ilə yekun hesabı müəyyənləşdirib.
Özbəkistan debüt oyununda mübariz təsir bağışlasa da, Kolumbiyanın təcrübəsi və hücum xəttindəki fərdi ustalıq nəticəyə təsir edib. Bexruz Karimovun son dəqiqələrdə dirəyə tuş gələn zərbəsi isə Özbəkistanın hesabı yenidən bərabərləşdirmək şanslarından biri olub.
Bu qələbə ilə Kolumbiya “K” qrupuna 3 xalla başlayıb. Qrupun digər oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib.