Niderland Tunisə qalib gələrək qrup lideri oldu

DÇ-2026-nın "F" qrupunda Niderland millisi Tunisi 3:1 hesabı ilə məğlub edib. Komanda qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.

12

Niderland millisi DÇ-2026-nın “F” qrupunun son turunda Tunisə 3:1 hesabı ilə qalib gələrək qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.

MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Kanzas-Siti şəhərində keçirilib. Oyuna sürətli başlayan Niderland millisi artıq ilk dəqiqələrdə üstünlük əldə edib.

3-cü dəqiqədə Tunis kapitanı Ellyes Sxiri topu öz qapısına göndərib. Cəmi bir neçə dəqiqə sonra Briyan Brobbey fərqlənərək hesabı 2:0 edib.

Tunis ikinci hissədə oyuna qayıtmağa çalışıb. Hazem Mastouri 54-cü dəqiqədə Hannibal Mejbrinin künc zərbəsindən sonra başla fərqlənərək hesab arasındakı fərqi azaldıb. Lakin Niderlandın cavabı gecikməyib: Can Paul van Hecke 62-ci dəqiqədə baş zərbəsi ilə komandasının üçüncü qolunu vurub.

Bu qələbə Niderlanda “F” qrupunu 7 xalla birinci pillədə başa vurmaq imkanı verib. Ronald Koemanın komandası növbəti mərhələdə Mərakeş millisi ilə qarşılaşacaq.

Tunis millisi isə turniri xalsız başa vurub. Komanda qrup mərhələsində İsveçə 1:5, Yaponiyaya 0:4, Niderlanda isə 1:3 hesabı ilə uduzub. Tunis üç oyunda ümumilikdə 12 qol buraxaraq Dünya Kuboku ilə vidalaşıb.

Niderland millisinin baş məşqçisi Ronald Koeman isə Mərakeşlə oyun öncəsi ehtiyatlı danışıb. Koeman rəqibin keyfiyyətli komandaya sahib olduğunu bildirib və qarşıdakı görüşü “əsas sınaq” kimi qiymətləndirib.