Netanyahu haqqında süni intellekt görüntüləri yayıldı

Sosial şəbəkələrdə yayılan süni intellekt videosu Benyamin Netanyahu haqqında şübhələr doğurub. İddialara görə, Netanyahu evinə hücum nəticəsində zərər görmüş ola bilər və son günlər toplantılara qatılmır.

38

Sosial şəbəkələrdə yayılan videolar İsrail Baş Naziri Benyamin Netanyahu haqqında şübhələr doğurub. İddialara görə, yayılan görüntülər süni intellekt vasitəsilə hazırlanmış ola bilər və Netanyahuya evinə edilən hücum nəticəsində zərər dəymiş ola bilər.

Videolarda diqqət çəkən məqam, Netanyahu əlinin birində 6 barmaq olması və barmaq boylarının çox yaxın görünməsidir. Bu isə bir çox istifadəçi tərəfindən videonun orijinal olmaması üçün sübut kimi dəyərləndirilir.

Bundan əlavə, Netanyahu son günlər yüksək səviyyəli təhlükəsizlik toplantılarına qatılmır, bu da iddiaları daha da gücləndirir. Mütəxəssislər qeyd edir ki, belə videoların yayılması həm siyasi təzyiq, həm də media manipulyasiyası məqsədi daşıya bilər.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Analitiklər bildirir ki, İsrailin siyasi durumunu izləyən media və ekspertlər bu iddiaları diqqətlə izləyir.