Macarıstan Baş naziri: “Ukraynanın Aİ-yə üzvlüyü 20 il çəkə bilər”

Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Avropa İttifaqına üzvlük prosesinin 15–20 il davam edə biləcəyini bildirib. O, Kiyevin üzvlüyü üçün konkret tarix müəyyənləşdirilməsinin əleyhinə çıxıb.

22

Macarıstanın Baş naziri Peter Madyar Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin 15, hətta 20 il davam edə biləcəyini açıqlayıb. O, Kiyevin təşkilata qəbul olunması üçün əvvəlcədən konkret tarix müəyyənləşdirilməsini məqsədəuyğun hesab etmir.

MSNews.az xəbər verir ki, Madyar bu barədə oktyabrın 15-də Brüsseldə Avropa İttifaqı liderlərinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında danışıb.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Baş nazir Ukraynanın Aİ-yə üzvlüyü üçün hədəf tarixin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi barədə suala cavabında belə bir tarixin olmadığını bildirib.

O, Qərbi Balkan ölkələrinin təcrübəsini xatırladaraq bəzi dövlətlərin 15 ildən artıqdır Aİ-yə qoşulmağa çalışmasına baxmayaraq, hələ də gözlənilən nəticəni əldə etmədiyini vurğulayıb.

“Biz konkret tarix müəyyənləşdirilməsini zəruri hesab etmirik. Üzvlük danışıqlarının real nailiyyətlərə və müəyyən edilmiş meyarların yerinə yetirilməsinə əsaslanmasının tərəfdarıyıq. Biz zəif, müvəqqəti və ya paralel üzvlüyə deyil, tamhüquqlu üzvlüyə inanırıq. Lakin bu proses 15, hətta 20 il çəkə bilər”, – deyə Madyar bildirib.

Macarıstan lideri Ukrayna ilə münasibətlərdə yeni mərhələnin başlanmasına ümid etdiyini də açıqlayıb. Oktyabrın 16-da Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşən Madyar iki ölkə arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna 2022-ci ildə Aİ üzvlüyünə namizəd statusu alıb, 2024-cü ildə isə rəsmi üzvlük danışıqlarına başlayıb. Oktyabrın 13-də Macarıstanın əvvəlki etirazlarını geri götürməsindən sonra danışıqların yeni istiqamətləri üzrə irəliləyiş əldə olunub.

Madyarın açıqlaması Ukraynanın üzvlüyü üçün müəyyən edilmiş rəsmi müddət deyil. Baş nazir bunun uzunmüddətli proses ola biləcəyini və qərarın ölkənin üzvlük meyarlarını yerinə yetirməsindən asılı olduğunu vurğulayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.