“Lumumba” “Rexona” reklamına çəkildi

“Lumumba Vea” ləqəbi ilə tanınan Konqo DR azarkeşi Mişel Kuka Mboladinqa "Rexona" reklamında öz məşhur pozasını nümayiş etdirib.

779

Konqo DR millisinin “Lumumba Vea” ləqəbi ilə tanınan məşhur azarkeşi Mişel Kuka Mboladinqa “Rexona” reklamında çəkilib.

MSNews.az xəbər verir ki, bu barədə “Sports.ru” video paylaşım yayıb. Kadrlarda konqolu azarkeş əlində dezodorant tutaraq öz məşhur pozasını nümayiş etdirir.

Paylaşımda Mboladinganın “Ehtiras bizi ruhlandırır, inam isə bizi izləyir. Rexona ilə DR Konqonu qürurla təmsil etməyə həmişə hazıram” sözləri ilə kampaniyada yer aldığı bildirilir.

“Reuters”in məlumatına görə, Michel Kuka Mboladinqa 2025-ci il Afrika Millətlər Kubokunda beynəlxalq diqqət qazanıb. O, Konqo DR matçları zamanı tribunada demək olar ki, hərəkətsiz dayanır, sağ əlini yuxarı qaldıraraq ölkənin ilk baş naziri Patris Lumumbanın Kinşasadakı heykəlindəki duruşunu təkrarlayır.

Mboladinqanın bu obrazı təkcə azarkeş performansı kimi deyil, həm də Konqonun tarixi yaddaşına və milli kimliyinə simvolik istinad kimi qiymətləndirilir.

“Lumumba Vea”nın “Rexona” reklamında görünməsi sosial mediada da maraq doğurub. Futbol azarkeşləri bunu brendin klassik futbol ulduzlarından kənara çıxaraq mundialın ən tanınan fan simalarından birini kampaniyaya cəlb etməsi kimi dəyərləndiriblər.

“Unilever”in rəsmi məlumatına görə, “Rexona” daxil olmaqla şirkətin 35-dən çox şəxsi qulluq brendi 2026-cı il Dünya Çempionatı ilə bağlı kampaniyalarda iştirak edir. Şirkət bu kampaniyaların 120-dən çox bazarı əhatə etdiyini açıqlayıb.

Hazırda “Rexona” və ya “Unilever” tərəfindən məhz Mşel Kuka Mboladinqanın iştirakı ilə yayılan bu konkret reklam çarxı barədə ayrıca rəsmi press-reliz açıq mənbələrdə görünmür. Buna görə məlumat media paylaşımlarına və yayılan video materiallara istinadla təqdim olunur.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.