Liviyanın Baş Qərargah rəisi qəzaya uğradı – VIDEO

Esenboğa hava limanından Tripoliyə gedən və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin olduğu "Falcon 50" tipli özəl təyyarə havaya qalxdıqdan sonra radarla əlaqəsinin kəsildiyi bildirildi. Bundan sonra Ankara hava sahəsi hava trafikinə bağlandı.

175

Esenboğa hava limanından Tripoliyə gedən və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin olduğu “Falcon 50” tipli özəl təyyarə havaya qalxdıqdan sonra radarla əlaqəsinin kəsildiyi bildirildi. Bundan sonra Ankara hava sahəsi hava trafikinə bağlandı.

Ankara Esenboğa hava limanından qalxan və içərisində Liviya Baş Qərargah rəisi general-polkovnik Muhəmməd Əli Əhməd Al‑Haddad ilə birlikdə Liviya Quru Qoşunları Komandanı Feyturi əl-Qribil, hərbi sənaye qurumunun komandanı, general Mahmud əl-Qatavi, baş qərargah rəisinin müşaviri Muhammed Asavi Diyab və Baş Qərargahın fotoqrafı Muhammed Mahcubun olduğu təyyarədə həmçinin 1 kabin personalı və 2 pilotun olduğu da qeyd olunur. Bunun ardından Ankara hava sahəsi trafikə bağlandı. Liviyanın Milli Razılıq Hökuməti (Tripoli) Türkiyədə baş verən təyyarə qəzasında ordunun qərargah rəisinin, quru qoşunları komandanının, hərbi istehsalat rəisinin vənin həlak olduğunu təsdiqləyib.

Muhəmməd Əli Əhməd Al‑Haddad

Təyyarədə, Baş Qərargah rəisi ordu generalı Səlçuk Bayraktaroğlunun rəsmi dəvəti ilə Türkiyəyə gələn Liviya Baş Qərargah rəisi general-polkovnik Muhəmməd Əli Əhməd Al‑Haddad ilə birlikdə beş sərnişinin olduğu bildirilir. 9H-DFJ qeydiyyat nömrəli təyyarənin mərkəzi Maltada yerləşən “Harmony Jets” şirkətinə aid olduğu vurğulanıb. Fransız təyyarə istehsalçısı “Dassault” tərəfindən hazırlanmış və üç mühərrikli dizayna malik olan “Falcon 50” modeli təxminən 6,5 saat fasiləsiz uçuş edə bilir.

Daxili işlər naziri naziri Ali Yerlikaya məsələ ilə bağlı sosial media hesabından açıqlama yayımlayıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031