Kürşad Zorlu: “Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmaq istəyənlər məqsədinə çatmayacaq”

AKP sədr müavini Kürşad Zorlu Türkiyə-Azərbaycan münasibətlərinə qarşı yönələn təxribatların nəticə verməyəcəyini bildirib və “bir millət, iki dövlət” prinsipinin hər şeydən üstün olduğunu vurğulayıb.

57

Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərini sarsıtmağa yönələn heç bir təxribat məqsədinə çata bilməyəcək.

MSNews.az xəbər verir ki, Zorlu bu barədə Kocaelidə keçirilən “Türk Dünyası Gənclər Görüşü”ndə çıxışı zamanı danışıb.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq tarixi köklərə söykənir və münasibətlər indiki səviyyəyə asanlıqla gəlib çatmayıb. Zorlu qeyd edib ki, bu prosesdə ciddi sınaqlardan keçilib və müəyyən bədəllər ödənilib.

AKP rəsmisi son dövrdə iki ölkənin münasibətlərini sarsıtmağa yönələn bəzi məqsədli paylaşımları və təşəbbüsləri təəssüflə izlədiklərini deyib.

Zorlu vurğulayıb ki, Türkiyə və Azərbaycan bir-birini tənqid edə, mövcud çatışmazlıqları açıq şəkildə dilə gətirə bilər və dövlət qurumları bunu ən yüksək səviyyədə qarşılıqlı şəkildə edir. Bununla belə, onun sözlərinə görə, “bir millət, iki dövlət” prinsipi və iki ölkəni bir araya gətirən ortaq ideal bütün fikir ayrılıqlarından üstün tutulmalıdır. Apa.az

O, həmçinin “Turan” anlayışını Türk dünyasının gələcəyə yönəlmiş birlik idealı kimi xarakterizə edib və Türkiyə-Azərbaycan qardaşlığını bu idealın “açılış qapısı” adlandırıb.

Kürşad Zorlu yekunda bildirib ki, Türkiyə və Azərbaycan bu məsuliyyətlə hərəkət etdiyi müddətdə iki ölkə arasındakı münasibətləri pozmağa yönələn heç bir təxribat nəticə verməyəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.