İsrail şirkəti reklamlarla milyonlarla insanı izləməkdə ittiham olunur

İsrailin Discover-Tech şirkətinin internet reklamları vasitəsilə genişmiqyaslı izləmə apardığı üzə çıxıb. Araşdırma zamanı “Al Jazeera”nın 45 cihazına casus proqramının yerləşdirildiyi müəyyən edilib.

13

İsrailin “Discover-Tech” reklam texnologiyaları şirkətinin internet reklamlarından istifadə edərək dünya miqyasında genişmiqyaslı izləmə fəaliyyəti həyata keçirdiyi və bəzi cihazların casus proqramları ilə yoluxdurulmasına şərait yaratdığı üzə çıxıb.

MSNews.az xəbər verir ki, bu barədə Kanadanın “Citizen Lab” tədqiqat mərkəzi və ABŞ-nin “Confiant” kibertəhlükəsizlik şirkətinin oktyabrın 15-də dərc etdiyi araşdırmalarda bildirilib.

Məlumatı “Reuters” agentliyi yayıb.

Araşdırmaya əsasən, “Discover-Tech”-in reklamları 120 mindən çox internet saytında və 75 minə yaxın mobil tətbiqdə nümayiş etdirilib. Şirkətin istifadə etdiyi texnologiya reklamı görən şəxslərin IP ünvanlarını, cihaz məlumatlarını və internet fəaliyyətini müəyyənləşdirməyə imkan verib.

Ən diqqətçəkən məqam isə bəzi hücumların istifadəçinin heç bir hərəkəti olmadan həyata keçirilməsidir. “Zero-click” adlandırılan bu üsulda zərərli reklamın yüklənməsi kifayət edə bilər və istifadəçinin hər hansı keçidə daxil olmasına ehtiyac qalmır.

Tədqiqatçılar müəyyən ediblər ki, “Discover-Tech”-in reklam infrastrukturu ABŞ-nin sanksiya siyahısına daxil edilmiş İsrailin Candiru casus proqramı istehsalçısına da xidmət göstərib.

“Citizen Lab” 2024–2025-ci illərdə “Al Jazeera” media şəbəkəsinə məxsus azı 45 cihazın Candiru casus proqramı ilə hədəf alındığını və yoluxdurulduğunu müəyyən edib. Araşdırma jurnalistlərin təqdim etdiyi şəbəkə qeydləri əsasında aparılıb.

“The Guardian” nəşrinin məlumatına görə, şirkətin reklamları NATO, BMT və Avropa İttifaqının müxtəlif qurumlarına aid şəbəkələrdə də aşkarlanıb. Lakin bu, həmin qurumların cihazlarının mütləq casus proqramı ilə yoluxdurulduğu anlamına gəlmir.
“Confiant” şirkətinin qiymətləndirməsinə əsasən, “Discover-Tech” gündə ən azı 10 milyon reklam nümayiş etdirib. Reklamların yayılma miqyası yüz milyonlarla internet istifadəçisinin izlənmə riskinə məruz qala biləcəyini göstərir.

Araşdırmadan sonra “Google” “Discover-Tech”-in reklam platformalarına çıxışını dayandırıb. Avropanın reklam sənayesi təşkilatı IAB Europe də şirkəti təsdiqlənmiş təchizatçılar siyahısından çıxarıb.

Qeyd edək ki, genişmiqyaslı reklam izləməsinə məruz qalmaq bütün istifadəçilərin cihazlarının casus proqramı ilə yoluxdurulduğu demək deyil. Araşdırma konkret cihazlara hücumları təsdiqləsə də, ümumi yoluxma miqyası və əməliyyatların sifarişçiləri tam müəyyənləşdirilməyib.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.