İran XİN rəhbəri CENTCOM-un Bəhreyn görüşünü tənqid edib

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Mərkəzi Komandanlığının Bəhreyndə 12 ölkənin hərbi nümayəndələri ilə keçirdiyi regional təhlükəsizlik görüşünü tənqid edib. O, regionda sülhün xarici müdaxilə olmadan mümkün olduğunu bildirib.

25

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının — CENTCOM-un Bəhreyndə keçirdiyi regional təhlükəsizlik görüşünü tənqid edib.

MSNews.az “Iran International”-a istinadən xəbər verir ki, Araqçi “X” sosial şəbəkəsində paylaşım edərək CENTCOM-un regiona təhlükəsizlik deyil, qeyri-sabitlik gətirdiyini bildirib. O qeyd edib ki, İran Silahlı Qüvvələri “gəlmələrin hətta özlərini belə qoruya bilmədiyini” sübut edib.

İran XİN rəhbərinin sözlərinə görə, regionda davamlı sülh yalnız xarici müdaxilə olmadan, hərtərəfli və inklüziv yanaşma əsasında mümkün ola bilər. Araqçi bu fikirləri ABŞ Mərkəzi Komandanlığının Bəhreyndə 12 ölkənin hərbi nümayəndələri ilə keçirdiyi görüşdən sonra səsləndirib.

CENTCOM-un rəsmi məlumatına görə, görüş iyulun 1-də Bəhreyn Müdafiə Qüvvələrinin ev sahibliyi ilə keçirilib. Tədbirdə CENTCOM komandanı, admiral Bred Kuper, həmçinin Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən yüksək rütbəli hərbi nümayəndələr iştirak ediblər.

Rəsmi açıqlamada bildirilib ki, tərəflər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini və Hörmüz boğazı vasitəsilə ticarətin sərbəst hərəkətinin təmin olunmasını müzakirə ediblər. Admiral Bred Kuper görüşdən sonra ABŞ-ın regional tərəfdaşları ilə “çiyin-çiyinə dayandığını” bildirib.

“Moneycontrol” yazır ki, Tehran bu görüşü ABŞ-ın regiondakı hərbi mövcudluğunu gücləndirmək cəhdi kimi qiymətləndirir. Vaşinqton isə CENTCOM formatında keçirilən görüşləri regional təhlükəsizlik, hava və raketdən müdafiə sistemi, həmçinin dəniz ticarət yollarının qorunması baxımından vacib hesab edir.

Son həftələrdə ABŞ və İran arasında gərginlik Hörmüz boğazı, regional hərbi bazalar və təhlükəsizlik mexanizmləri ətrafında artıb. “Reuters” daha əvvəl CENTCOM komandanı Bred Kuperin İranın regiondakı hücumları ilə bağlı sərt xəbərdarlıq etdiyini yazmışdı.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031