İran: ABŞ bazaları məhv edilib

İran Silahlı Qüvvələri ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazalarının məhv edildiyini iddia edib.

6

İran Silahlı Qüvvələrinin “Hatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu ilə bağlı sərt bəyanat verib.

Onun sözlərinə görə, regiondakı bütün ABŞ hərbi bazaları məhv edilib, amerikalı hərbçilər isə bazalardan kənarda gizlənmək məcburiyyətində qalıb. Zülfüqari bildirib ki, İran qüvvələri həmin şəxsləri axtarır.

O, region ölkələrinin vətəndaşlarına da çağırış edərək, ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat vermələrini və onların bölgədən çıxarılmasını tələb etmələrini istəyib.

Bəyanatda həmçinin Hörmüz boğazı ilə bağlı yeni qaydaların tətbiq olunduğu qeyd olunub. İran tərəfi bildirib ki, ABŞ və onunla əlaqəli ölkələrin boğazdan keçid hüququ artıq tanınmır və qərar yalnız Tehran tərəfindən verilir.

Zülfüqari əlavə edib ki, İran müharibənin genişlənməsinə hazırdır və ölkənin hərbi gücü ilə müqaviməti artmaqda davam edir.

Ekspertlər qeyd edir ki, bu cür bəyanatlar regionda informasiya müharibəsinin də intensivləşdiyini göstərir və vəziyyətin daha da gərginləşə biləcəyinə işarə edir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
25 mart 2026