Gürcüstanın keçmiş müdafiə naziri 10 il həbs cəzası aldı

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni korrupsiya və qanunsuz gəlirlərin leqallaşdırılması işi üzrə 10 il həbsə məhkum edib, əmlakını müsadirə edib və 2 il dövlət vəzifəsi qadağası tətbiq edib. 

12

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə korrupsiya işi üzrə təqsirli bilinib və 10 il azadlıqdan məhrum edilib.

“Interpressnews”-un məlumatına görə, məhkəmə onu vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması maddələri ilə təqsirli sayıb. Qərara əsasən, Burçuladzenin İspaniyadakı torpaq sahəsi və üzərindəki ev, həmçinin Tsknetidəki ev və parkinq sahəsi müsadirə olunub, ona əlavə olaraq 2 il dövlət vəzifəsi tutmaq qadağası qoyulub.

Eyni iş üzrə Burçuladzenin keçmiş müavini Giorgi Xayndrava və onun qohumu Vasil Mxeidze hər biri 8 il həbs cəzası alıb. Müdafiə Nazirliyinin keçmiş satınalma idarəsinin rəisi Vladimer Quduşauri ilə isə prosessual razılaşma təsdiqlənib: ona 4 il şərti cəza, 10 min lari cərimə1 il vəzifə qadağası verilib.

İşin əsas epizodu 2023-cü ildə hərbi hospital üçün MRT avadanlığının alınması ilə bağlıdır. Gürcüstanın təhlükəsizlik və məhkəmə materiallarına görə, avadanlığın qiyməti 2.606.272 laridən 3.940.000 lariyə şişirdilib və nəticədə Müdafiə Nazirliyinə 1.333.728 lari zərər dəyib. İstintaq həmçinin Burçuladzenin 1.593.212 lari həcmində qanunsuz və ya əsaslandırılmamış gəliri yuduğunu, İspaniyada 544 min avroya alınmış əmlakın mənşəyini isə Tsknetidəki daşınmaz əmlakla bağlı saxta müqavilə və digər mexanizmlərlə gizlətməyə çalışdığını bildirirdi.

Prokurorluq hələ aprelin əvvəlində Burçuladzenin 3 milyon lariyə qədər əmlakının müsadirəsini istəmişdi. Bundan əvvəl Gürcüstan Müdafiə Nazirliyi də açıq məhkəmə dinləməsində, təqsir sübuta yetirilərsə, keçmiş nazirə qarşı  6.009. 000 lari həcmində kompensasiya tələbi irəli sürəcəyini bəyan etmişdi.

Burçuladze Gürcüstanın müdafiə naziri vəzifəsini 2021-ci ilin fevralından 2024-cü ilin fevralınadək icra edib. Bu hökm son aylarda Gürcüstanda yüksək vəzifəli keçmiş rəsmilərlə bağlı açılan korrupsiya işləri fonunda verilib; Yanvarda sabiq baş nazir İrakli Qaribaşvili də çirkli pulların yuyulması işi üzrə 5 il həbsə məhkum edilmişdi.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.