Fransada kokain ən gəlirli narkotik oldu – satış həcmi və istifadəçilərin sayı rekord həddə çatıb

2023-cü ildə Fransada narkotik ticarətinin həcmi 6,8 milyard avroya çatıb. Kokain satış gəlirlərinə görə kannabisi üstələyib və istifadəçi sayı son 10 ildə üç dəfə artıb.

151

2023-cü ildə Fransada narkotik ticarətinin həcmi 6,8 milyard avroya çatıb. Tədqiqat göstərir ki, satış gəlirlərinə görə kokain kannabisi üstələyib, istifadəçi sayı isə son 10 ildə üç dəfə artıb.

Fransada narkotik ticarətinin həcmi 2023-cü ildə 6,8 milyard avro təşkil edib və bu rəqəm son 15 ildə üç dəfə artıb. Hökumətin İdarələrarası Komissiyasının dəstəyi ilə aparılan genişmiqyaslı tədqiqat göstərir ki, ölkədə ən çox gəlir gətirən narkotik kokain olub. Satışlardan əldə olunan gəlir 3,1 milyard avroya çataraq kokaini gəlirlilik baxımından kannabisin önünə çıxarıb.

Qiymət düşsə də gəlirlilik artıb

Araşdırmaya görə, bu nəticə paradoksaldır: çünki kokainin qiyməti tarix boyu ən aşağı səviyyələrdən birinə düşüb — 2023-cü ildə 1 qram üçün 66 avro, 2024-cü ildə isə 58 avro. Qiymətlərin enməsinə Cənubi Amerikada istehsalın artması səbəb olub. Satış həcmləri müqayisədə daha azdır: 2023-cü ildə 397,4 ton kannabis və 47,1 ton kokain satılıb. Buna baxmayaraq, gəlirliliyin yüksəlməsi ölkədə kokain istifadəçilərinin sayının son 10 ildə üç dəfə artması ilə izah olunur.

Narkotik istifadəçi profili dəyişib

Bu günün kokain və kannabis istifadəçiləri 10 il əvvəlkindən xeyli fərqlidir. Qiymət və keyfiyyət nisbətinin dəyişməsi kokaini daha əlçatan edib. Əvvəllər kokain Parisdən kənarda demək olar ki, rast gəlinmirdi. İndi isə ölkənin bütün bölgələrində müxtəlif sosial təbəqələrdən olan insanlar tərəfindən istifadə olunur, hətta ailəli şəxslər arasında da yayılıb.

Kannabisin istifadəçi profili də dəyişib: artıq gənclər arasında əvvəlki qədər populyar olmasa da, gündəlik istifadə edən “sabit müştəri” qrupları böyüyür.

Digər narkotik bazarı da genişlənir

2010–2023-cü illər arasında ekstazi/MDMA bazarı da demək olar ki, beş dəfə artıb — 11,3 milyon həbdən 65,6 milyon həbbə qədər. Tədqiqat bunu həm istehsal texnologiyalarının inkişafı, həm də dilerlərin müştərilərlə əlaqə üçün messencer tətbiqlərindən geniş istifadə etməsi ilə əlaqələndirir.

MS-News.az