Putinə Konstantinovkanın tutulduğu məruzə edildi

Vladimir Putin Rusiya qoşunlarının idarəetmə məntəqəsində hərbçilərlə müşavirə keçirib. Valeri Gerasimov ona Donetsk vilayətindəki Konstantinovkanın ələ keçirildiyini məruzə edib, lakin bu iddia müstəqil şəkildə təsdiqlənməyib.

İsrail Livanın cənubundan qismən çəkilməyə hazırlaşır

İsrailin Livanın cənubundakı iki mövqedən qoşunlarını çıxarmağa hazırlaşdığı bildirilir. Məlumata görə, Zutr əl-Qərbiyyə və Frun bölgələrində nəzarət Livan ordusuna verilə bilər.