İlham Əliyev “Neuberger Berman” rəhbərini qəbul etdi
Prezident İlham Əliyev “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. Görüşdə investisiya əməkdaşlığı, qlobal bazarlardakı yeni imkanlar və ARDNF ilə tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub.
İlham Əliyev Donald Trampı təbrik edib
Prezident İlham Əliyev ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə Donald Trampa təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və Cənubi Qafqazda sülh gündəliyi xüsusi vurğulanıb.