Şimali Koreya sanksiyalara baxmayaraq 22 milyard dollar gəlir əldə edib
“Bloomberg Economics”in hesablamasına görə, Şimali Koreya 2022-2025-ci illərdə xaricdən 22 milyard dollaradək gəlir əldə edib. Rusiya ilə hərbi əməkdaşlıq, Çinlə ticarət, kiberəməliyyatlar və xaricdə çalışan vətəndaşlar Pxenyanın gəlirlərini artırıb.