HƏMAS tərksilah planına razıdır, amma ilk addımı İsraildən tələb edir

HƏMAS Qəzzada silahların mərhələli şəkildə istifadədən çıxarılmasını nəzərdə tutan plana razı olduğunu bildirib. Təşkilat prosesin başlaması üçün İsrailin hücumları dayandırmasını və qoşunlarını geri çəkməsini tələb edir.

ABŞ dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər edəcək

ABŞ Dövlət Departamenti Marko Rubionun 2–3 mart tarixlərində İsrailə səfər edəcəyini açıqlayıb. Səfərdə İranla nüvə danışıqları və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.