Məsrur Bərzani ABŞ-a xəbərdarlıq etdi: 2011-ci ilin səhvi təkrarlana bilər
İraq Kürdüstanının Baş naziri Məsrur Bərzani ABŞ qüvvələrinin sentyabrın 30-dək İraqdan çıxması fonunda regionun müdafiəsiz qalmasından narahatlığını bildirib və Vaşinqtona 2011-ci ilin təcrübəsini xatırladıb.
ABŞ peşmərgəyə hərbi yardımı dayandıra bilər
“BBC”nin məlumatına görə, Tramp administrasiyası İraq Kürdüstanındakı peşmərgə qüvvələrinə təhlükəsizlik yardımını nəzərdə tutan sazişi sentyabrın 30-dan sonra yeniləməməyi planlaşdırır. Kürd rəsmiləri isə hələ rəsmi bildiriş almadıqlarını bildirirlər.