Ukraynanın müharibəyə gündəlik xərci 190 milyon dollara çatıb
Ukrayna 2026-cı ilin ilk səkkiz ayında müdafiəyə təxminən 42 milyard dollar xərcləyib. Parlamentin Büdcə Komitəsinin rəhbəri Roksolana Pidlasanın sözlərinə görə, müharibənin büdcəyə gündəlik yükü 190 milyon dollara yüksəlib.
Tayvan əhaliyə “AI dividendi” paylayacaq
Tayvan hökuməti 2027-ci ildə hər şəxsə 10 min Tayvan dolları ödəməyi büdcəyə daxil edib. Prezident Lay Çinte bunu süni intellekt və yarımkeçirici bumundan yaranan iqtisadi artımın “AI dividendi” adlandırıb.