Putinə Konstantinovka barədə məruzə edən rusiyalı general öldürülüb

Rusiya general-mayoru Anton Qrunisin Ukraynadakı döyüşlərdə öldüyü təsdiqlənib. Ukrayna tərəfi onun sentyabrın 12-də Donetsk vilayətində dron zərbəsi nəticəsində öldürüldüyünü bildirir.

Ukrayna Konstantinovkanın itirildiyini təkzib etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Donetsk vilayətindəki Konstantinovka şəhərini tam ələ keçirməsi barədə bəyanatını təkzib edib. Kiyev şəhərdə və onun yaxınlığında müdafiə əməliyyatlarının davam etdiyini bildirir.