SEPAH komandiri barədə yeni sui-qəsd iddiası təkzib edildi
Sosial şəbəkələrdə Şirazda SEPAH-ın “Sarallah” “Bəsic” bölməsinin komandiri İbrahim Mürtəzəvi-Nəsəbin raket zərbəsi ilə öldürüldüyü barədə iddia yayılıb. Lakin “Fars” agentliyi onun hələ mart ayında öldüyünü və artıq dəfn edildiyini bildirib.
Rza Pəhləvi ilə bağlı İran nefti ssenarisi müzakirə olunur
"The Jerusalem Post" İran ətrafında artan enerji böhranı fonunda sanksiyalı İran neft ehtiyatlarının Rza Pəhləvi ilə əlaqəli müxalifət strukturlarının dəstəyi üçün istifadə edilə biləcəyi ssenarisini gündəmə gətirib.