ABŞ-da geni dəyişdirilmiş ağcaqanadlar təbiətə buraxıldı

ABŞ-da danq, zika və sarı qızdırma ilə mübarizə məqsədilə genetik modifikasiya edilmiş Aedes aegypti ağcaqanadları ilk dəfə Floridada təbiətə buraxılıb. Layihə xəstəlik daşıyan növlərin sayını azaltmağı hədəfləyir.