ABŞ səfirliyi taun şübhəsi fonunda amerikalılara xəbərdarlıq edib

ABŞ-ın Moskvadakı səfirliyi İrkutsk vilayətində şübhəli ağciyər taunu hadisəsi ilə bağlı sağlamlıq xəbərdarlığı yayıb. Bununla yanaşı, Dövlət Departamentinin Rusiyanı dərhal tərk etmək barədə əvvəlki tövsiyəsinin qüvvədə qaldığı xatırladılıb.

ABŞ Rusiyada mümkün taun hadisəsini izləyir

ABŞ administrasiyası Rusiyanın İrkutsk vilayətində taun əleyhinə institutun əməkdaşının ölümündən sonra yaranan vəziyyəti izləyir. Rusiya rəsmiləri isə taun diaqnozunun hələ təsdiqlənmədiyini bildirirlər.