Vens: “İran müharibəsinin birinci mərhələsi başa çatıb”

ABŞ vitse-prezidenti Cey Di Vens İranla qarşıdurmanın birinci mərhələsinin başa çatdığını, növbəti mərhələdə Tehranın nüvə və hərbi imkanlarını bərpa etməsinin qarşısının alınacağını bildirib.

Bəndər-Abbas dəmir yolu qovşağı vuruldu: iki nəfər yaralandı

İran mənbələri ABŞ zərbəsi nəticəsində Bəndər-Abbas dəmir yolu qovşağının zədələndiyini və iki nəfərin yaralandığını bildirir. Hücumdan sonra sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.