Ermənistanda Tsarukyana məxsus kazinonun lisenziyası ləğv edildi

Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyana məxsus “Şanqri La” kazinosunun istismar lisenziyası ləğv edilib.

15

Ermənistanda müxalif siyasətçi və iş adamı Qagik Tsarukyana məxsus “Şanqri La” kazinosunun istismar lisenziyası ləğv edilib.

MSNews.az xəbər verir ki, “Armenpress” Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın “Onira Club” MMC tərəfindən idarə olunan kazinonun lisenziyasını ləğv edən sərəncam imzaladığını yazıb. Məlumata görə, qərar şirkətin 2026-cı ilin mart ayı üzrə təqdim etdiyi maliyyə məlumatları ilə yoxlamalar zamanı oyun avtomatlarının sayğac göstəriciləri arasında uyğunsuzluqlar aşkarlanması ilə əsaslandırılıb.

Papoyan bildirib ki, kazinonun təqdim etdiyi məlumatlar təhrif olunub və yanlış informasiyalar ehtiva edir. “Armenpress”in məlumatına əsasən, Yerevan yaxınlığında, Abovyan şəhəri ətrafında yerləşən “Şanqri La” kazinosu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyana məxsusdur.

“CivilNet” isə “Şanqri La”nı Ermənistanın ən böyük kazinosu kimi təqdim edib və qərarın iyunun 7-də keçirilən parlament seçkilərindən sonra Tsarukyana qarşı atılan növbəti dövlət addımı olduğunu yazıb.

Bundan əvvəl “ARKA” Ermənistan Baş Prokurorluğunun Tsarukyana məxsus “Araratsement” zavodunun özəlləşdirilməsinin ləğvi üçün məhkəməyə müraciət etdiyini bildirmişdi. Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 20-də zavodun milliləşdirilməsi niyyətini açıqlamışdı.

İyunun əvvəlində isə Tsarukyana qarşı iri məbləğdə vergidən yayınma ittihamı ilə cinayət işi açılıb. “TASS” Ermənistan Baş Prokurorluğuna istinadən yazıb ki, iş Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə başladılıb. Tsarukyan tərəfi isə onun ölkəni tərk etməyə çalışması ilə bağlı iddiaları rədd edib.

“Armenpress”in məlumatına görə, “Şanqri La” kazinosunun lisenziyasının ləğvi barədə qərardan iki ay ərzində məhkəməyə şikayət verilə bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.