Epşteynin “seks imperiyası” Rusiyanın FTX-nin “bal tələsi” ola bilərdi

"Daily Mail" yazır ki, Cefri Epşteynin qurduğu “seks imperiyası” Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) böyük “bal tələsi” əməliyyatının bir hissəsi ola bilərdi.

60

Amerikalı maliyyəçi Cefri Epşteynin qurduğu “seks imperiyası”nın Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həyata keçirilən genişmiqyaslı “bal tələsi” əməliyyatının bir hissəsi ola biləcəyi iddia edilir.

Bu barədə Böyük Britaniyanın Daily Mail” nəşri britaniyalı kəşfiyyat mənbələrinə istinadən yazıb. Məlumata görə, cinsi cinayətlərdə ittiham olunan Epşteynlə bağlı üç milyondan çox yeni sənədin dərc edilməsi təhlükəsizlik xidmətlərinin yüksəkvəzifəli əməkdaşlarının iddialarını gücləndirib.

Mənbələrin fikrincə, Epşteyn dünyanın ən nüfuzlu şəxsləri üçün görüşlər təşkil edərkən Moskvanın maraqlarına xidmət edib. Amerikalı təhlükəsizlik rəsmiləri də hesab edir ki, Epşteynin rus mütəşəkkil cinayətkarlığı ilə köhnə əlaqələri olub və bu dairələr onu şantaj altında saxlaya bilərdi. Nəşr qeyd edir ki, bu amil Epşteynin Rusiyadan və postsovet məkanından olan gənc qadınları özəl təyyarələrlə asanlıqla ABŞ-a gətirə bilməsini izah edir.

“Daily Mail”in yazdığına görə, Epşteyn üçün modellər, o cümlədən Rusiyanın Krasnodar şəhərində fəaliyyət göstərən model agentlikləri vasitəsilə təmin olunub. Kəşfiyyat mənbələri bildirir ki, yüksək texnologiyalarla təchiz edilmiş şəxsi adada nüfuzlu şəxslər kompromat xarakterli vəziyyətlərdə gizli şəkildə qeydə alınıb.

Mənbə iddia edir ki, bu şəxslər arasında Donald Tramp, Bill Qeyts, Bill KlintonPrins Endryu da olub. “Bu, dünyanın ən böyük ‘bal tələsi’ əməliyyatlarından biri ola bilər”, – deyə nəşr yazır.

Qeyd olunur ki, 2021-ci ildə jurnalist-tədqiqatçı Kreyq Anqerin kitabında da Epşteynin rus vasitəçilərdən asılı olduğu və onlar tərəfindən qadınlarla təmin edildiyi iddia olunmuşdu. Anqerin fikrincə, KQB-nin varisi hesab edilən FTX Epşteynin məşhur dostları ilə bağlı çəkilən saysız-hesabsız videolardan kompromat materialları əldə etmiş ola bilərdi.

Bununla yanaşı, Epşteynin xüsusi xidmət orqanları ilə əlaqəsi barədə iddialar bununla məhdudlaşmır. Daha əvvəl amerikalı jurnalist Taker Karlson da Epşteynin İsrail kəşfiyyatı – Mossad üçün çalışdığı ehtimalını irəli sürmüşdü.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.