Epşteyn dosyesi: Rotşild şirkəti ilə 25 milyon dollarlıq müqavilə üzə çıxdı

Ceffri Epşteyn ilə bağlı açıqlanan yeni sənədlərdə onun 2015-ci ildə Rotşild şirkəti ilə 25 milyon dollarlıq müqavilə imzaladığı ortaya çıxıb.

59

ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbsdə olarkən ölü tapılan milyarder Ceffri Epşteyn ilə bağlı açıqlanan yeni sənədlərdə onun 2015-ci ildə Rotşild şirkəti ilə 25 milyon dollarlıq müqavilə bağladığı ortaya çıxıb.

ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın Epşteyn istintaqı çərçivəsində 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıldığını açıqlamasından sonra dosyelərdə diqqətçəkən yeni detallar yer alıb.

Sənədlərə əsasən, 5 oktyabr 2015-ci il tarixli müqavilədə Epşteynin “Southern Trust” şirkəti vasitəsilə Rotşild ilə risk analizi və alqoritm xidmətləri üçün 25 milyon dollarlıq razılaşma imzaladığı göstərilir.

Müqavilədə qeyd olunur ki, ödəniş “ABŞ ilə Rotşild şirkəti arasındakı məsələlərlə əlaqəli” olub və Rotşildin ABŞ-a edəcəyi ödənişdən üç gün sonra Epşteynə köçürülməli idi.

Yeni açıqlanan dosyelərdə Narendra Modinin adı da yer alıb. 9 iyul 2017-ci il tarixli bir sənəddə Modi ilə bağlı qeyri-rəsmi və mübahisəli ifadələrin yer aldığı qeyd olunur.

Bununla bağlı NDTV telekanalı Hindistan hökumətinin mövqeyini yayıb. Rəsmi Dehli həmin ifadələri “məhkum olunmuş bir cinayətkarın dəyərsiz düşüncələri” adlandıraraq qəti şəkildə rədd edib.

Xatırladaq ki, Narendra Modinin 2017-ci ilin iyulunda İsrailə rəsmi səfəri, Hindistan–İsrail diplomatik münasibətlərinin 1992-ci ildə qurulmasından sonra Hindistan Baş nazirinin bu ölkəyə etdiyi ilk rəsmi səfər kimi tarixə düşmüşdü.

Məlumat üçün qeyd edək ki, 18 yaşdan aşağı, ən kiçiyi 14 yaşında olan onlarla qız uşağına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan Ceffri Epşteyn, 2019-cu il avqustun 10-da Nyu Yorkdakı Manhattan Metropoliten Həbsxanasında saxlanıldığı kamerada ölü tapılmışdı.

Açıqlanan məhkəmə sənədlərində Donald Tramp, Bill Klinton, Ehud Barak, Albert Qor, Kevin Speysi, Maykl Cekson, Devid Kopperfild, Alan Derşovitz və Bill Riçardson kimi tanınmış şəxslərin adları da yer almışdı.

ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyi araşdırmalar nəticəsində Epşteynin “müştəri siyahısı” saxladığına dair sübut tapılmadığını və onun kamerada intihar etdiyi qənaətinə gəldiklərini açıqlamışdı.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.