ABŞ-da geniş ictimai və qanunverici təzyiqlər nəticəsində Ceffri Epşteyn haqqında səfərbər edilmiş istintaq sənədlərinin bir hissəsi açıqlandı. Bu sənədlərdə bir çox məşhur siyasi və mədəni simanın adı və bəzi hallarda fotoşəkilləri yer alıb, bu isə yeni “şəffaflıq” müzakirələrini yenidən alovlandırıb.
Epşteyn, yetkinlik yaşına çatmamaış qızlara qarşı cinsi istismar və fühuş şəbəkəsi yaratmaqda ittiham olunmuş, lakin 2019-cu ildə həbsdə olarkən ölü tapılmışdı. ABŞ ədliyyəsi bildirir ki, bu işlə bağlı 1200-dən çox zərərçəkən və zərərçəkən ailəsi müəyyən edilib.
İctimaiyyətə təqdim olunan yeni sənədlər arasında fotoşəkillər, məhkəmə qeydləri, jüri sənədləri və istintaqla əlaqəli müxtəlif materiallar var. Bir şəkildə Epşteynin İsrail ordusunun simvolu olan paltar geydiyi görünür.
Bill Klinton, Kris Taker, Maykl Cekson, Mik Cagger, Diana Ross, Riçard Brenson, Uolter Kronkayt, Kevin Speysi, Endryu Mauntbatten-Undsor və Sarah Ferqyuson kimi tanınmış insanların da fotoşəkilləri sənədlərdə yer alıb — lakin bu şəkillərin konteksti və tarixi dəqiq müəyyənləşdirilməyib.

Qeyd olunan sənədlərdə Epşteynin 1990-cı illərdə 14 yaşlı bir qız uşağını Donald Tramp ilə tanış etdiyi iddiası da yer alıb. Trampın adı və görüntüləri sənədlərdə nisbətən məhdud şəkildə yer alsa da, bu hissələr geniş müzakirələrə səbəb olub.
Sənədlərin böyük hissəsinin senzura edilməsi və bəzi səhifələrin tamamilə qaraldılması isə ictimai və siyasi dairələrdə ədalət və şəffaflıqla bağlı ciddi tənqidlərə yol açıb.
Ağ Evdən və Konqres üzvlərindən gələn reaksiyalar da fərqli istiqamətlərdədir: bəzi siyasətçilər açıqlananların qanuna uyğun olmadığını iddia edir, digər tərəfdən isə daha çox məlumatın açıq şəkildə paylaşılmasını tələb edirlər