Celal Çiftçi Azərbaycandan üzr istədi

Azərbaycanda barəsində cinayət işi başlanılan türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan dövlətindən və xalqından üzr istəyərək bağışlanmasını xahiş edib.

27

Azərbaycanda barəsində cinayət işi başlanılan və beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Celal Çiftçi Azərbaycan dövlətindən və xalqından üzr istəyib.

MSNews.az xəbər verir ki, Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Çiftçi əvvəlki açıqlamalarının Azərbaycan ictimaiyyətində narazılıq yaratmasından təəssüfləndiyini bildirərək istifadə etdiyi ifadələrin məqsədini aşdığını etiraf edib.

“Paylaşımlarımın qardaş Azərbaycan xalqında inciklik və kədər yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm”, – deyə o bildirib.

Jurnalist açıqlamalarında məqsədinin hicab məsələsinə münasibətini, din və vicdan azadlığı ilə bağlı düşüncələrini ifadə etmək olduğunu vurğulayıb. Bununla yanaşı, fikirlərini daha ehtiyatla çatdırmalı olduğunu qəbul edib.

Çiftçi Azərbaycanın daxili işlərinə müdaxilə etmək, insanları dövlətə qarşı təhrik etmək və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırmaq niyyətinin olmadığını bildirib. O, dini nifrət və düşmənçilik yaratmaq ittihamlarını da rədd edib.

Jurnalist Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayaraq açıqlamasını “İki dövlət, bir millət” ifadəsi ilə tamamlayıb.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu oktyabrın 16-da Celal Çiftçi barəsində hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar və dini düşmənçiliyin salınması ilə bağlı cinayət işi başlandığını açıqlayıb. O, təqsirləndirilən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilib.

Jurnalistin üzr istəməsinin cinayət işinin gedişinə təsiri barədə hələlik rəsmi məlumat verilməyib.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.