Böyük Britaniya gənclər üçün könüllü hərbi təlim proqramı hazırlayır

Böyük Britaniya Müdafiə Nazirliyi gənclərin hərbi təlim alması üçün könüllü proqram hazırlayır. Proqram 2026-cı ildə başlayacaq və iştirakçılara orduda təcrübə və döyüş bölgələrində iştirak imkanı verəcək.

55

The i Paper”-ə   istinadən xəbər veririk ki, Böyük Britaniya Müdafiə Nazirliyi ölkədə yayılmış təhsil fasiləsi ilində gənclərin hərbi təlim alması üçün yeni bir proqram hazırlayır. Məqsəd hərbi xidmətə hazırlığı artırmaq, gənclərdə hərbi xidmətə qarşı məlumatlılığı gücləndirmək və onlara müxtəlif təcrübələr qazandırmaqdır.

Başlanğıcda proqramın 3 ay davam etməsi və 150 gəncin iştirak etməsi nəzərdə tutulur. Lakin 2026-cı ilin martında başlanması planlanan proqramın 2 il müddətində davam edəcəyi və bu müddət ərzində 1000 gəncin hərbi təlim alacağı proqnozlaşdırılır. Proqramın iştirakçılarına hətta orduda qalmaq imkanı da veriləcək.

Xəbərdə qeyd olunur ki, iştirakçılar ilkin hərbi təlimdən sonra orduda qalmaq istəsələr, seçdikləri sahədə ixtisaslaşa biləcəklər. Kraliyyət Donanması üçün təlim müddəti 1 il nəzərdə tutulub, Hərbi Hava Qüvvələrinin iştirakına dair isə işlər hələ başlanğıc mərhələsindədir.

Könüllü hərbi təlimə qatılan gənclər, ingilis əsgərlərinin fəaliyyət göstərdiyi döyüş bölgələri, NATO missiyaları və BMT-nin Sülhməramlı Qüvvələri əməliyyatlarında da iştirak edə biləcəklər. Sülhməramlı Qüvvələr əməliyyatına cəlb olunması halında Ukrayna da bu siyahıda yer alacaq.

Müdafiə naziri Con Heyli proqramla bağlı bildirib:

“Bu layihə britaniyalı gənclərə Quru Qoşunları, Kraliyyət Donanması və Kraliyyət Hava Qüvvələrinin unikal təcrübə və təlimlərini yaşamaq imkanı verəcək. Məqsədimiz cəmiyyəti ordumuzla yenidən bir araya gətirmək və milli təhlükəsizliyə yönəlmiş vahid yanaşmanı inkişaf etdirməkdir.”

Keçmiş müdafiə naziri Tobias Ellvud isə proqrama böyük sayda gəncin cəlb ediləcəyini bildirərək əlavə edib:

“Bu proqram, cəmiyyəti təhlükəsizlik mövzusunda maarifləndirəcək və mürəkkəb dövrə hazırlayacaq.”

Keçmiş Kraliyyət Donanması Komandanı Admiral Alan Uilyam Con Uest isə qeyd edib ki, gənclərin orduda iştirak etməsi ölkənin təhlükəsizlik təhdidlərini nümayiş etdirmək baxımından vacibdir. Lakin o əlavə edib ki, yeni hərbi təlimə cəlb olunan gənclər və orduya yeni qoşulan əsgərlər üçün kifayət qədər avadanlıq və maliyyə təminatı yoxdur.

Qeyd edək ki, Böyük Britaniyanın hazırladığı bu proqram Avstraliyada 17-24 yaş arası gənclər üçün 1 il müddətində həyata keçirilir. Avropada isə oxşar proqramlar Danimarka və Fransada da davam edir.