Fevralın 27-də Bakıda Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub. Meydanda hər iki ölkənin dövlət bayraqları dalğalanıb, Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım **Zinaş Tayaçev**i qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Baş nazirə raport verib, daha sonra Efiopiya və **Azərbaycan**ın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Abiy Əhməd Əlinin qarşısından keçib. Sonda rəsmi foto çəkdirilib.
Həmin gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin və birinci xanım Zinaş Tayaçevin şərəfinə rəsmi nahar da verilib.


