Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətlərini müzakirə edib

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi üzrə texniki görüş keçiriblər. Tərəflər koordinasiya və növbəti addımları müzakirə ediblər.

71

Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri oktyabrın 8-də Ermənistanın Gorus şəhərində TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişinə dair texniki görüş keçiriblər.

MSNews.az xəbər verir ki, “APA” Azərbaycanın Nazirlər Kabinetinə istinadən bildirir ki, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə ediblər.

Müzakirələrdə iki ölkənin aidiyyəti qurumları arasında əlaqələndirmə mexanizmləri, eləcə də işlərin irəlilədilməsi üçün tələb olunan növbəti addımlar diqqət mərkəzində olub.

Ermənistan tərəfi də görüşü təsdiqləyib. “Armenpress” Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən yazır ki, tərəflər elektrik ötürücü xətlərinin yerləşdirilməsi ilə bağlı texniki məsələlər və bu istiqamətdə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.

Açıqlamalarda konkret marşrut, tikintinin başlanma tarixi, xətlərin gücü və layihənin maliyyələşdirilməsi ilə bağlı əlavə detallar verilməyib.

TRIPP regional bağlantı və infrastrukturun inkişafını nəzərdə tutan layihədir. Onun icrası üzrə hüquqi, müqavilə və institusional hazırlıq işləri də davam etdirilir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.