Avropada yeni dövr: “Hərbi Şengen” tətbiq olunur

Aİvropa İttifaqı “Hərbi Şengen” sistemini tətbiq edərək üzv ölkələr arasında hərbi qüvvə və texnikanın sərhəd keçidini sürətləndirməyi planlaşdırır. Yeni mexanizm icazə müddətini üç günə, təcili hallarda altı saata endirir və Avropanın infrastrukturunu ağır hərbi yüklərə uyğunlaşdırmağı hədəfləyir.

79

Avropa İttifaqı (Aİ) hücum halında üzv ölkələr arasında hərbi qüvvə və texnikanın daha sürətli keçidini təmin edəcək “Hərbi Şengen” sistemini işə salmağa hazırlaşır. Yeni plan sərhəd icazəsi müddətini barış dövründə üç günə, təcili vəziyyətlərdə isə cəmi altı saata endirməyi nəzərdə tutur. Məqsəd aylarla çəkən hərbi daşınma proseslərini saatlarla tamamlanacaq səviyyəyə gətirmək və Avropanın kritik infrastrukturunu ağır hərbi yüklərə uyğunlaşdırmaqdır.

Aİ daxilində bir ölkə hücuma məruz qaldıqda digər üzvlərin hansı müddətdə yardım göstərməli olduğu uzun müddətdir müzakirə olunurdu. Komissiyanın yeni təklifi bu sahədə vahid standart yaratmağı hədəfləyir: tanklar, təyyarələr, gəmilər və canlı qüvvə sərhədlərdən sürətlə keçə biləcək.

Avropa Komissiyasının üzvü Apostolos Tsitsikostas bildirib ki, hazırda Qərbdən Şərqə bir hərbi birliyin daşınması aylarla sürə bilir və bu, qəbuledilməzdir. Onun sözlərinə görə, yeni sistemlə bu proses günlər, hətta qısa müddətdə saatlar içində tamamlanmalıdır.

Hazırda üzv ölkələr arasındakı müxtəlif qaydalar səbəbindən bir sərhəd keçidi üçün həftələrlə cavab gözləmək lazım gəlir. “Hərbi Şengen” bu qarışıqlığı aradan qaldırır və sivil müdafiə mexanizminə bənzər şəkildə, ölkələrin qatar, bərə və hava nəqliyyatı kimi resursları ortaq hovuzda paylaşmasını təmin edir.

Yeni plan çərçivəsində yollar, dəmir yolları, limanlar, hava limanları, tunellər və körpülər ağır hərbi texnikanın yükünü daşıya biləcək şəkildə yenilənəcək. Tsitsikostas deyir:

“Əgər qitənin təhlükəsizliyini təmin etmək istəyiriksə, burada sərbəst hərəkət etmək mümkün olmalıdır.”

Sivil şirkətlərin iki təyinatlı (dual-use) nəqliyyat vasitələri də lazım gəldikdə hərbi məqsədlər üçün istifadə ediləcək. Hər ölkə bu proses üçün milli koordinatör təyin edəcək və dörd əsas hərbi dəhlizin gücləndirilməsi prioritet olacaq.

Bu plan, Avropa Komissiyasının bu il açıqladığı daha geniş müdafiə təşəbbüslərinin davamıdır. Aİ bu il “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” (SAFE) fondu çərçivəsində Avropa və müttəfiqi ölkələrə 150 milyard avro maliyyə dəstəyi ayırmışdı.