ABŞ millisi DÇ-2026-nın “D” qrupunda Avstraliya üzərində vacib qələbə qazanıb.
MSNews.az xəbər verir ki, ABŞ Sietldə keçirilən oyunda Avstraliyanı 2:0 hesabı ilə məğlub edib.
Matçda hesab 11-ci dəqiqədə açılıb. Folarin Baloqunun cərimə meydançasına ötürməsindən sonra top Avstraliya müdafiəçisi Kemeron Börgessdən qapıya yönəlib və avtoqol qeydə alınıb.
ABŞ ikinci qolu birinci hissənin sonlarına yaxın vurub. 43-cü dəqiqədə Sergino Destin uzaqdan zərbəsindən sonra top istiqamətini dəyişib və Aleks Friman başla fərqlənib. VAR yoxlamasından sonra qol təsdiqlənib.
ABŞ millisi bu görüşə əsas ulduzlarından Kristian Pulişiçsiz çıxıb. Futbolçu baldır zədəsi səbəbindən oyunu buraxıb, onun yerinə start heyətində Rikardo Pepi yer alıb.
Avstraliya ikinci hissədə standart vəziyyətlərdən təhlükə yaratmağa çalışsa da, ABŞ müdafiəsi hesabı qoruyub saxlaya bilib. Ev sahibi komanda topa nəzarətdə daha üstün görünərək oyunu inamlı qələbə ilə tamamlayıb.
Bu nəticədən sonra ABŞ “D” qrupunda mövqeyini daha da gücləndirib. Avstraliya isə qrupdan çıxmaq şansını qorumaq üçün son turda mütləq nəticə qazanmağa çalışacaq.