Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna sədr təyin edilib

Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna sədr təyin olunub. Onun geniş təhsil və iş təcrübəsi, beynəlxalq əlaqələr və elmi fəaliyyətləri var.

214

Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Nicat Məmmədli Təhsilin İnkişafı Fonduna sədr təyin olunub.

Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun Siyasi Proseslər ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə universitetin dissertanturasına daxil olub.

2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını İctimai Siyasət ixtisası üzrə bitirib. 1999–2008-ci illərdə Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasında, 2003–2006-cı illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim kimi çalışıb.

2005–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi, 2006–2007-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində sosial siyasət üzrə təkmilləşdirmə proqramında iştirakçı olub. Eyni zamanda, ARGTMŞ-in BMT-nin Nyu-York qərargahındakı təmsilçisi olub.

2007-ci ilin iyun–dekabr aylarında Azərbaycan Respublikasının Ombudsmanın Uşaq Hüquqları Bölməsinin rəhbəri, 2008–2010-cu illərdə ABŞ-nin Qərbi İllinoys Universitetində müəllim assistenti vəzifəsində çalışıb.

2010–2013-cü illərdə SOCAR-da Sosial İnfrastrukturun İdarə Edilməsi Şöbəsində böyük mühəndis, 2013–2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri olub.

2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri, Elm, Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri və nazirin müşaviri vəzifələrində fəaliyyət göstərib.

Nicat Məmmədli iki monoqrafiya və 50-dən çox elmi məqalənin müəllifidir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.