Türkiyədə məşhurlara narkotik əməliyyatı: Aleyna Tilki və Danla Bilic saxlanıldı

İstanbulda məşhur şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanılıb, bir neçə məşhur barəsində axtarış elan edilib.

172

Türkiyədə məşhur şəxslərə qarşı aparılan narkotik əməliyyatları çərçivəsində bir sıra tanınmış adlar barəsində hüquqi tədbirlər görülüb. İstanbul İl Jandarma Komandanlığının keçirdiyi əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic, Mümmine Senna Yıldız və İrem Sak saxlanılaraq nəzarət altına alınıb.

Əməliyyat zamanı Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü qeydiyyatda olduqları ünvanlarda aşkar edilməyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinlinin ölkə xaricində olduqları müəyyən edilib və onların barəsində axtarış qərarı çıxarılıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən yayımlanan rəsmi açıqlamada bildirilib ki, 2025/219794 saylı istintaq işi çərçivəsində ictimaiyyət tərəfindən tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr mövcuddur. Bu çərçivədə 18 dekabr 2025-ci il tarixində səhər saat 07:00-dan etibarən İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən Sarıyer, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında ümumilikdə yeddi ünvanda axtarış aparılıb.

Axtarışlar zamanı şübhəli Mümmine Senna Yıldızın evindən beş qram marixuana və narkotik maddə üyütmək üçün istifadə olunan vasitə aşkar edilərək götürülüb. İstintaq çərçivəsində barəsində saxlanılma qərarı olan şəxslərdən Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümmine Senna Yıldız artıq hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb. Ünvanlarında tapılmayan digər şəxslərlə bağlı axtarış tədbirləri davam etdirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.